Cədvəl 12
İNSANIN İCTİMAİ VARLIQ OLARAQ TƏSVİRİ | |||
İctimai varlıq | Göstəricilər | Qoca | Oğlan |
Şəxsiyyəti |
a) arzuları və istəkləri |
||
Davranışı |
a) necə hərəkət etdiyi, nəzakətli, nəzakətsiz,
şəfqətli, şəfqətsiz, mehriban, sərt |
||
Maraqları |
a) xoşladığı məşğuliyyətlər |
||
İşi, gündəlik fəaliyyəti |
a) nə iş görür |
||
Müəllifin bunlara münasibəti |
Tapşırıq 3. “Oxudan sonra” təlimatını yerinə yetirin (səh. 17).
Çingiz Aytmatov
Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatov dövrünün ən qüdrətli qələm sahiblərindən olmuşdur. Onun hər yeni əsəri dünya ədəbiyyatında bir hadisəyə çevrilmişdir. Yazıçı öz əsərlərində ən adi həyat hadisələrini belə dünya səviyyəsinə qaldıra, ona ən yüksək zirvədən baxa bilmişdir.
Bəxtiyar Vahabzadə
Yaradan Çingiz Aytmatova nəhəng yazıçı və ictimai xadim kimi istedad bəxş etmişdir. Çingizdə hələ uşaqlıq illərindən insanın cəmiyyətdəki davranışına düşünülmüş baxış formalaşmışdı.
Dördüncü sinifdə dövlət sərhədlərini qoruyan sərhədçilər haqqında özünün ilk hekayəsini yazmışdır. Həmyaşıdları bu hekayəni maraqla oxuyurdular. Müəllimləri şagird Çingiz Aytmatova xüsusi diqqət yetirir, onun gələcəkdə görkəmli bir şəxsiyyət kimi inkişaf edəcəyini əvvəlcədən görürdülər.
Akademik İlgiz Aytmatov