Təması |
İnsana toxunan zaman aşkar edilən keyfiyyətlər barədə danışılır. Təsvir edilən insanın dərisinin kobud, ya zərif olması, qarşı tərəfin təmasının sərt, yaxud yumşaq, kəskin və ehtiyatlı olması qeyd edilir. İnsanın güclü, ya zəif olduğu təsvir edilir. Bu məsələlər baxımından müəllifin təəssüratları da əks etdirilir. |
Qoxusu |
İnsandan peşə məşğuliyyətindən asılı olaraq təmasda olduğu əşyaların qoxusu gəlir (aşpazdan ədva, həkimdən dərman, dülgərdən taxta (yonqar və s.).
|
Tapşırıq 1.
1. Əvvəlcə oxuya hazırlıq işləri aparın (cədvəl 1, səh. 14).
2. Oxu zamanı mətnin kənarlarında verilmiş yardımçı suallar üzərində düşünün. Bu suallar sizin fəal düşünən oxucu olmağınıza kömək edər.
3. Əsərdəki başlıca obrazların səciyyəvi cəhətlərini həm xarici görkəmi baxımından, həm də ictimai varlıq olaraq müəyyənləşdirin və 11—12-ci cədvəllər üzrə iş aparın (səh. 41, 42).