İctimai varlıq | Göstəricilər | Nümunələr |
Davranışı |
|
|
Maraqları |
|
|
İşi, gündəlik fəaliyyəti |
|
|
Müəllifin bunlara münasibəti |
Tapşırıq 3.
1. Fərdi şəkildə “Oxudan sonra” təlimatını yerinə yetirin (səh. 17). Əsərin başlıca ideyasını müəyyən edin. 2. Gəldiyiniz nəticə barədə yoldaşlarınızla fikir mübadiləsi apararkən öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə edin.
Bəxtiyar Vahabzadə
“Şair - vətənin, xalqın danışan dilidir”, - deyir Bəxtiyar Vahabzadə. O hər yerdə bu missiyanı ləyaqətlə yerinə yetirir, Azərbaycanımıza başucalığı və şərəf-şan gətirirdi. Bax buna görə də Bəxtiyarın dostları, istəyənləri, adını ürəyinin başında gəzdirənləri bu qədər çoxdur.
...Dünyanın bir çox ölkələrində Bəxtiyar Vahabzadəni yaxşı tanıyırlar. Şairin Buxarestdə “Zaman və məkan” kitabı nəşr olunub, eyni zamanda ona Rumıniyanın mədəniyyət sahəsində ən yüksək mükafatı - “Ləyaqət” ordeni verilib.
O nə qədər millidirsə, xalqına, torpağına nə qədər bağlıdırsa, bir o qədər də bəşəridir. Onun poetik dünyasının paralelləri və meridianları planetimizi belədən-belə keçib gedir, “əzəldən həqiqət aşiqiyəm mən”, - deyən şairin səsini uzaq-uzaq sahillərə aparır.
Xəzərin o tayından qardaş özbək şairi Pulat Fazil səsini ucaldıb könül rübabını dilə gətirir:
Nurlu Azərbaycan - dost diyarı var,
Yaxşı ki, bu yurdun Bəxtiyarı var.