Çomağın ucuna dikib gözünü,
Onlar saatlarla oturar belə.
Fikir bir gəmi ki bilinmir yönü,
Çırpınır, çıxammır ancaq sahilə.
Onlar düşündükcə boşalar, dolar,
Fikrin nə sonu var, nə də əvvəli.
Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!
Əvvəllər deyərdim, onlar bu qədər
Bekarca oturub darıxmır məgər?
Kitab oxuyardım darıxmamaqçün
Onların yerinə olsaydım əgər.
Bir qalın kitabmış hər ömür demə,
Oxumaq istəsən, yum gözlərini.
Bekar deyilmişlər...
Ürəklərində
Onlar oxuyurmuş öz-özlərini.
Bəxtiyar Vahabzadə
Tapşırıq 2. Aşağıdakı cədvəli diqqətlə nəzərdən keçirin. Həmin cədvəldə insanın ictimai varlıq kimi təsvirinin əsas göstəriciləri təqdim edilmişdir. “Qocalar” şeirindəki obrazların verilən göstəricilərə uyğunluq baxımından necə təsvir edildiyini araşdırın. Nəticə ilə bağlı fikir mübadiləsi aparın.
Cədvəl 9
İNSANIN İCTİMAİ VARLIQ OLARAQ TƏSVİRİ | ||
İctimai varlıq | Göstəricilər | Nümunələr |
Şəxsiyyəti |
a) arzuları və istəkləri |