İNSANIN TƏSVİRİ
(İCTİMAİ VARLIQ KİMİ)
İNSANIN İCTİMAİ VARLIQ OLARAQ TƏSVİRİ |
|
Şəxsiyyəti |
İnsanın daxili aləmi təsvir edilir. Onun arzuları və istəklərindən danışılır. İnsanın ehtiyat etdiyi və qorxduğu məqamlar əks etdirilir. Onun ayrı-ayrı problemlərə necə reaksiya verməsi, əhvalı, nikbin və ya bədbin olması, mənəviyyatca zəif və ya güclü cəhəti təsvir edilir. |
Davranışı |
İnsanın necə hərəkət etdiyi, ünsiyyətcil, ya utancaq olması, zarafatcıl, ya həddən artıq ciddi olması təsvir edilir. Həmçinin həmin insanın fərqli şəraitlərdə davranışı da əks etdirilir. |
Maraqları |
İnsanın maraqlarından, xoşladığı məşğuliyyətlərdən və ya əşyalardan danışılır. Vaxtını əyləncəli keçirmək üçün nə etdiyindən söz açılır. |
İşi, gündəlik |
İnsanın yaşamaq üçün nə iş gördüyü, onun gələcək planları haqqında danışılır. Məktəbə getmək də iş hesab edilir. Əgər insan məktəbyaşlıdırsa, onun sinifdəki məşğuliyyətindən də danışıla bilər. |
Bütün bu məsələlərə “müəllif”in (esse yazanın) münasibəti də təsvir edilir.
Tapşırıq 1.
Əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparın. Əsəri oxuyarkən “Oxu zamanı” təlimatına riayət edin (səh. 14,15).
Qeyd: Məktəbli dost! Əlbəttə ki, gözəl şeirləri əzbər söyləmək sizin söz ehtiyatınızın zənginləşməsinə çox yaxşı təsir edir. Bu həm də sizin zövqünüzün formalaşmasında böyük rol oynayır. Lakin bu şeir yalnız əzbərləmək üçün deyil, problem baxımından araşdırmaq, mahiyyətini dərk etmək və nəticə çıxarmaq məqsədilə təqdim edilir. Şeirin ən çox bəyəndiyiniz bir-iki bəndini əzbərləsəniz, yaxşı olar.