Vadi — iki dağ arasında böyük, uzun çuxur, düzən.
Ün — səs, səda.
Ürfan — bilik, kamal, maarif.
Ürkək — tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi.
Yalçın — çox dik və çılpaq, sıldırımlı.
Yamac — dağın, təpənin ən yüksək nöqtəsindən aşağıya mailli səthi.
Yavan — təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan.
“Yeddi gözəl” baleti — XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə
tamamladığı “Yeddi gözəl” poeması əsasında bəstəkar Qara Qarayev tərəfindən 1949— 1952-ci illərdə
bəstələnmiş balet.
Yosun — kökü, gövdəsi, yarpağı olmayan və bununla da başqa su bitkilərindən
fərqlənən sporalı su bitkisi, dənizdən çıxan otlar.
Zınqırov — heyvanların boynuna, dəfin sağanağına taxılan xırda zəng, qumrov. Ziyadə — artıq, çox.