Sadağa — yoxsula, dilənçiyə verilən pul və ya nə isə.
Salvartı — şirinsulu, axarlı göldür. Göldən Naxçıvan çayının sol qolu Şalvardı çayı başlayır.
Sanbal — çəki, ağırlıq, vəzn.
Sanqaçal — Bakı şəhəri, Qaradağ rayonu ərazisində şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Qəsəbə 1967-ci ildə yaradılmışdır.
Səng (tat. “daş”) və çal (boz) sözlərindən düzəlib, “boz daş” mənasındadır.
Sapand — daş atmaq üçün qədim silah.
Sədəf — bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək əşyaları hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə.
Sərvaxt — sayıq, gözüaçıq, ehtiyatlı, ayıq.
Səriştə — bir işə bələdlik, bir işi bacarma; təcrübə, bacarıq.
Sini — misdən, bürüncdən və s.-dən qayırılmış böyük, dəyirmi, dayaz qab.
Sipər — 1. Qalxan. 2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür əşya, qurğu və s.
Süngü — tüfəng lüləsinin başına taxılan ucuşiş silah.
Şəkkaklıq — hər şeyə şəkk-şübhə etmə, şəkk-şübhə ilə yanaşma.
Şeşpər — altıdilli toppuz, qədim silah.
Şiləmək — dalbadal vurmaq, gülləyə tutmaq.
Tağ — 1. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən toru. 2. Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz.
Təvəkkül — hər şeyi Allaha buraxma, ondan kömək və imdad gözləmə, taleyə bel bağlama.
Təmas — 1. Bir-birinə dəymə, toxunma. 2. Yaxınlıq, əlaqə.
Təfəkkür — insanın fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı.
Təkəbbür — iddia, təşəxxüs, lovğalıq, özünüçəkmə, fors.
Təlaş — həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə.
Təngə — bezmək, bezikmək, usanmaq, cana gəlmək, bezar olmaq.
Timsal — 1. Nümunə, örnək, misal. 2. Məsəl, zərbi-məsəl. 3. Şəkil, rəsm, surət, təsvir.
Tilişkə — taxtanın iynə kimi iti uclu kiçik hissəsi.
Turac — toyuq cinsindən olan ov quşu.
Turşsu — müalicə sularından birinin adı (Şuşada Turşsu deyilən bulağın adından).