Matah — qiymətli, aztapılan əşya, əziz şey (adətən, istehza məqamında işlənir).
Mehtər — ata qulluq edən, ata baxan.
Meynə — üzüm tənəyi.
Məqam — 1. Yer, məkan 2. Vaxt, zaman, çağ, münasibət. 3. Vəzifə, rütbə, mənsəb, mərtəbə.
Mətləb — 1. Arzu, istək, dilək, istənilən şey, məqsəd. 2. Məsələ, məsələnin, işin mahiyyəti, əsl mənası, məğzi.
Millənib — dik qalxmaq, düz qalxmaq, dikəlmək.
Misqal — təxminən 4,26 qrama bərabər köhnə çəki vahidi.
Miyançı — iki tərəf arasında vasitəçi, araçı.
Möhnət — 1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. 2. Dərd, qəm, qüssə, kədər.
Müxənnət — alçaq, namərd, qorxaq.
Müntəzir — gözləyən, intizar içində olan, intizarda qalan.
Müşk — 1. Bir cins ceyranın göbəyindən çıxarılan xoş iyli maddə. 2. Gözəl iy, ətir.
Müşkül — çətin, zor, çətin başa gələ bilən, çətin həll edilə bilən.
Müştəbeh — şübhəli, şəkli.
Nər — 1. Erkək (dəvə) 2. Qorxmaz, güclü, qüvvətli, cəsarətli.
Nivx kayakı — dəridən, qovaqdan düzəldilən, üstü örtülü kiçik qayıq.
Nuş — dadlı, şirin
Orman — meşə.
Patava — altı yeyilmiş çarığın içinə qoyulan dəri (gön) parçası, dolaq.
Parç — tayqu, birəlli qulplu su qabı.
Pənah — sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə.
Pənbə — açıq-al, gül rəngində.
Pinəçi — ayaqqabı təmir etməklə məşğul olan adam.
Pırıltı — kiçik quşların qanad çalmasından çıxan səs.
Pirşağı — Bakının ən qədim kəndlərindən sayılır. Xəzər dənizinin sahilində yerləşir.
Podrat — müəyyən haqq müqabilində bir işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş.
Podratçı — podrat üzrə işləyən adam və ya təşkilat.
Pür kamal — kamallı, ağıllı.
Rəğbət — meyil, istək.
Rişə — kök.
Ruzi — azuqə, yeyəcək.