Qanqal — yarpağı tikanlı, özəyi yeyilən alaq bitkisi; qalağan.
Qantəpər — xalq təbabətində işlənən sarımtıl çiçəkli dağ bitkisi.
Qasıq — qarının iki bud arasında olan alt tərəfi.
Qatır — eşşəklə madyanın cütləşməsindən törəyən yük heyvanı.
Qeyb — hazır və göz önündə olmama; qaiblik.
Qeyz — qəzəb, hiddət, acıq.
Qəbzəl — tutacağı, dəstəsi olan; saplı, dəstəli.
Qəlyan — tənbəki çəkməyə məxsus cihaz.
Qərəz — 1. Məqsəd, niyyət, məram. 2. Gizli məqsəd, pis niyyət, gizli ədavət. 3. Xülasə, sözün qısası.
Qəhr — qəzəb, hirs, hiddət.
Qəsd — 1. Niyyət, məqsəd, məram. 2. Qəsdən, müəyyən məqsədlə.
Qobur — dəridən, ağacdan və s-dən düzəldilmiş tapança, ya tüfəng qabı.
Qovğa — 1. Gurultu, parıltı, çaxnaşma. 2. Bəla, müsibət; macəra, hadisə.
Qoruq-qaytaq — hədd-hüdud, çərçivə, ədəb dairəsi, nəzakət.
Qövsi-qüzeh — Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınma nəticəsində göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq; göy qurşağı, qarı nənə örkəni.
Qurd — canavar.
Qurğuşun — göyə çalar bozumtul rəngli, çox ağır yumşaq metal.
Qulun — körpə at balası.
Qın — xəncər, qılınc və s. kəsər silahları qorumaq üçün qab.
Qırxbuğum — əsasən, dağlıq yerlərdə bitən, xörəyə qatılan ətirli bir bitki.
Qızılburun — Siyəzən şəhəri yaxınlığında, Xəzər dənizi sahilində qədim yaşayış məskəni. Xarabalıqları qalmışdır. Siyəzən şəhərinin keçmiş adı da (1954-cü ildən) Qızılburun olmuşdur. Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı obyektdən almışdır.
Ləngər — durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək.
Ləzgihəngi — “ləzginka” kimi tanınan rəqsin adı.
Lüləkli — misdən, saxsıdan, plastik kütlədən və s.-dən qayrılan xüsusi biçimli, lüləkli və qulplu su qabı.
Lümək — quyruğu olmayan və ya qısa olan; quyruğukəsik.
Loğma — “loxma” da deyirlər, bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm.
Mancanaq — 1. Quyudan su çəkmək üçün ling rolunu oynayan uzun ağac. 2. Qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını.