Xüsusda — xas olma, məxsus olma; məxsusluq bir şeyə və ya şəxsə aid olma.
İdrak — dərketmə, bilmə.
İsa bulağı — İsa bulağı Şuşa şəhərindən 2 kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.
İşrət — kef, eyş-işrət, içki içmə.
İz — 1. İnsan və ya heyvan ayağından səth üzərində qalan nişanə, ləpir. 2. Hər hansı bir şeydən qalan və onun keçmiş varlığına şəhadət edən nişanə, əsər, qalıq, əsər-əlamət. 3. Yol.
İnişil — keçən ildən qabaqkı il.
İnci — 1. Bəzi molyuskların balıq- qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. 2. Çox qiymətli əşya.
Kərgədan — başının qabaq tərəfində bir, ya iki buynuzu olan, Asiyada və Cənub-Şərqi Asiyada yaşayan otyeyən, məməli iri heyvan.
Kəl — 1. İş heyvanı kimi istifadə edilən camışın erkəyi. 2. Əsasən, dağlarda və meşələrdə yaşayan çöl heyvanı.
Kiriş — 1. Möhkəm ip. 2. Ox yayının iki ucuna tarım bağlanan ip.
Külfət — 1. Ailə mənasında. 2. Zəhmət, əziyyət, qayğı mənasında.
Külüng — daş çıxarma və torpaq qazma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət.
Küpə — 1. Su, yağ və s. tökülən müxtəlif ölçülü saxsı qab. 2. Tumurcuq.
Körük — kürədə odu qızartmaq və s. məqsədlər üçün yanları büküşlü dəri və taxtadan düzəldilmiş alət.
Körfəz — okeanın, dənizin və ya gölün qurunun içinə soxulmuş hissəsi.
Köşək — dəvə balası.
Qalagah — 1. Dəvəçi rayonunda kənd. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır. 2. İsmayıllı rayonunda kənd. Adı kəndin ərazisində yerləşən V—VI əsrlərə aid qədim qalanın adı ilə bağlıdır. 3. Quba rayonunda kənd. Kəndin ərazisində yerləşən Suarun (Suvarlar qalası) və Qələ- Ələmun (Ələmlər qalası) adlı qədim xarabalıqların adı ilə bağlıdır.
Qaravaş — qulluqçu qadın.