Firavan — çox, bol, çoxlu, varlı.
Gədə — 1. Nökər. 2. Oğlan.
Gilavar — cənub və cənub-şərqdən əsən külək adı.
Güləbətin — 1. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən
materiallardan qatışığı olan sap. 2. Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş.
Güney — 1. Cənub. 2. Gün düşən yer, gün tutan yer; Günəşli yer. 3. Dağın, təpənin
Günəş çox düşdüyündən yaxşı məhsul verən cənub yamacı.
Gürz — 1. Müxtəlif işlərdə işlədilən çox ağır, iri çəkic. 2. Qədimdə başı dəmir və
ya daşdan olan toppuz; silah kimi işlədilən, baş tərəfi enli, ağır dəyənək.
Hayqırmaq — qışqırmaq, bağırmaq, hay salmaq.
Heybə — çiyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun.
Hədyan — tərbiyəsiz, ədəbsiz, hərzə, əsassız sözlər; söyüş.
Həkk — hər hansı bir material (metal, ağac, daş, şüşə və s.) üzərində metal qələmlə
çuxur və ya qabartma şəklində açılmış naxış, yazı və s.; oyma.
Hənirti — canlı səsinə oxşar yavaş səs, qulağa dəyən anlaşılmaz səs.
Hərcayi — 1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. 2. Mənasız, boş.
Hicri — İslam təqvimi (təqvim Məhəmməd Peyğəmbərin 622-ci il iyulun 16-da Məkkədən
Mədinəyə köçməsi— hicrəti ilə bağlı yaranmışdır).
Hovxuruq — yarımbükülü barmaqlarını ağzına tutaraq nəfəsi ilə onları qızdırmaq.
Hoydu — haydı kimi də deyilir. Bir yerə getmək, yaxud bir işə başlamaq üçün çağırış
və ya əmr mənasında işlədilir.
Huş — 1. Diqqət, fikir. 2. Mürgü, yarıyuxulu hal.
Xaniman — 1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən. 2. Ev, ev adamları, ailə.
Xərac — vergi, bac.
Xəzri — Abşeron yarımadasında şimaldan əsən şiddətli külək.
Xilqət — 1. Yaradılma, yaradılış. 2. Birinin təbiətində, yaradılışında olan hal,
xüsusiyyət; təbiət, yaradılış.
Xoşqılıq — xoşxasiyyətli, hamı ilə yola gedən, xoşrəftar.