Eyş — zövq, səfa, ləzzətli həyat.
Eşsiz — 1. Yalqız qalmış, tək qalmış; yoldaşsız, dostsuz, kimsəsiz.
2. Misilsiz, misli olmayan, tayı- bərabəri olmayan.
Əbləh — axmaq, səfeh, gic, sarsaq, başıboş.
Ədəb-ərkan — ədəb, tərbiyə, əxlaq, nəzakət qaydaları.
Ədna — keçmişdə aşağı təbəqədən olan adama deyirdilər.
Əla — ən yüksək, ən yaxşı, ən gözəl.
Əllaməlik — özünü alim sayan, yalançı alim.
Əlbəəl — cəld, tez, əlüstü, dərhal, o saat.
Ələf — ot.
Əlik — cüyür, vəhşi keçi; keyik.
Ənbər — 1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. 2. Xoş qoxu, ətir.
Əndərmək — duru, yaxud səpələnən şeyləri qabdan və s.-dən birdən-birə və bütünlüklə tökmək, boşaltmaq.
Ənginlik — genişlik, vüsət, açıqlıq.
Ərz — Yer (səma müqabili).
Əsrəmiş — qızmış, coşmuş.
Əzm — qətiyyət, cəsarət, qəti qərar, mətanət.
Fani — həmişəlik olmayan, axırı puç, axırı olmayan; müvəqqəti, keçici, qalmayan.
Fələk — 1. Göy, səma, asiman. 2. Tale, qismət, bəxt, uğur.
Fərat — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2780 km.
Fərəhnak — fərəhli, şad.
Fəzilət — insanda ağıl, kamal, elm, mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı.