Çalmaq — oğurlamaq.
Çahargah — Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir. Çahargah sıra sayı
ilə 4-cü muğamdır. Çahargah sözü iki məfhumdan ibarətdir. “Çahar”— dörd, “gah” — məqam, yer
deməkdir.
Çapar — 1. Keçmişdə atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs; qasid. 2.
Atlı mühafizəçi.
Çatı — qıldan hörülmüş, qalın kəndir.
Çələng — gül və ya bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək.
Çəpiş — altı ayını keçməmiş keçi balası, oğlaq.
Çovumamaq — çovumaq sözünün inkarı. Cəld, o tərəf bu tərəfə getmək, qaçmaq, cummaq,
cəld yönəlmək, atılmaq.
Çuxa — qafqazlıların üstdən geyilən, beli büzməli, uzun kişi milli geyimi.
Çuval — 1. Böyük kisə, xaral. 2. Haylardan sonra gələrək çuval tutan miqdarı
bildirir.
Dəli — 1. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. 2. Folklorda:
dəlicəsinə, qoçaq, igid, qəhrəman.
Dəm — 1. Od üstündə aramla bişmə, yaxud dəm alma. 2. Buğ, buxar, qaz. 3. Kef, nəşə;
istirahət.
Dərbənd — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları
arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri
eyniadlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub-şərq istiqamətində 121 km
uzaqlıqda yerləşir. “Dərbənd” sözü — türk “dar” və fars “bənd” köklərindən törəyib, “dar keçid”
deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab (“Böyük qapı”) və Dəmirqapı adlarıyla da tanınırdı.
Dərrakəli — ərrakəsi olan; ağıllı, düşüncəli.
Dərviş — 1. Qapı-qapı gəzərək, yaxud meydançalarda adamları başına yığaraq
peyğəmbərə, imamlara və Kərbəla hadisələrinə həsr olunmuş qəsidələri avazla oxuyub pul yığan adam.
2. Yoxsul, kasıb, fağır, yazıq mənasında.
Dəsgah — böyük, təşəbbüs, qeyri-adi mənzərə, əla düzəldilmiş iş.