Keçmiş adı Şıx və ya Şıxlardır. (Buradakı məscidin ətrafında şeyxlər məskən saldığı üçün belə
adlandırılmışdır.) 1991-ci ildən buradakı Bibiheybət (Heybətin bibisi) türbəsinin adı ilə
adlandırılmışdır.
Türbədə şiələrin yeddinci imamı Museyi Kazımın qızı Hökumə və onun Heybət adlı nökəri dəfn
olunmuşdur.
Bilgəh — Bilgəh Bakının qədim kəndlərindən biridir. Bilgəh sözünün mənası “Piləgah”
sözü ilə bağlanır, mənası “ipək hazırlanan yer, ipək yeri” anlamına gəlir.
Biyaban — otsuz, bitkisiz düz yer; səhra, çöl (bəzən, çöl-biyaban şəklində
işlənir).
BMT — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilat. Qərargahı
Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmlətmək,
dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Buğur — cavan erkək dəvə.
Burqund yaylası — dörd əyalətdən biridir.
Burqundiya — (fransız Bourgogne) Fransanın tarixi və müasir rayonu. Bu ad
burqundlar (burqondionlar) etnonimindən — alman (qot) qəbiləsi alınmışdır.
Buzov — hələ süddən ayrılmamış inək balası.
Büllur — 1. Şəffaf və parlaq daş. 2. Xüsusi parlaqlığı və işığı sındırmaq
qabiliyyəti olan əla şüşə növü. 3. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında.
Cahillik — nadanlıq, avamlıq, bilməzlik, şüursuzluq, düşüncəsizlik, cəhalət.
Cah-calal — calal, ehtişam, büsat, dəbdəbə, təmtəraq, var-dövlət, əzəmət.
Camış — qısaboyunlu, irigövdəli gövşəyən ev heyvanı.
Caydaq — uzun, arıq, uzundraz.
Cəhalət — avamlıq, nadanlıq, cahillik, mədəni gerilik, mədəniyyətsizlik, elm və
mərifətin olmadığı hal.
Cəsəd — meyit, ölü bədəni.
Cilov — qoşqu ləvazimatının ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya
ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. Atın başına keçirilən və onu
idarə etmək üçün qayışdan hazırlanan alətə də cilov (yüyən) deyilir.
Cöngə — erkək, yeniyetmə, cavan inək balası.