VI. Boşluqlara nəzər salın. Yerinə yetirdiyiniz tapşırıqlarda doğru variantlar seçdiyinizə əmin olmaq üçün onlara bir daha nəzər salın. Yerinə yetirmədiyiniz tapşırıqlar qalıbsa, yerinizi tərk etməyin.
VII. Nəticəni yoxlayın. İşinizi yekunlaşdırdıqdan sonra hər bir cavabı diqqətlə yoxlayın. Səhv cavabları silin (karandaşla işləmisinizsə). ötürüb-keçdiyiniz suallar üzərində bir daha düşünün. Əgər qiymətləndirmənin şərtlərinə görə səhv cavab doğru cavabı silmirsə, o zaman ilkin təxminlərinizlə onları da yerinə yetirin.
ƏLAVƏ №2
Hadisələrin ardıcıllığını müəyyən edərkən aşağıda təqdim olunan təlimata diqqət edin:
1. Mətni təşkil edən ayrı-ayrı hadisələrə başlıq verin.
2. Başlıqları dəftərinizə yazın.
3. Düşünün: hansı hadisələr arasında əlaqə var, hansılar arasında əlaqə yoxdur?
4. Aralarında əlaqə olan hadisələri qruplaşdırın.
5. Hər qrupa aid hadisələrin ardıcıllığını müəyyən edin.
6. Mətnlərdə qarşılaşa biləcəyiniz açar sözlərə (birinci, növbəti, sonra, sonuncu, nəhayət və s.)
diqqət yetirin. Həmin sözlər ardıcıllığı müəyyən etməkdə sizə yardımçı ola bilər.
7. Ayrı-ayrı hadisələr toplusunun əlaqələndiyi məqamı da müəyyən edin.
8. Alınan sxemi dəftərinizə çəkin.