Siz beşinci sinifdə məkanın təsvirinə dair bədii nümunələrlə tanış olmusunuz. Həmin əsərlərin ideyasını, təsvir vasitələrini və quruluşunu müəyyənləşdirmisiniz. Siz təsvir xarakterli esselər də yazarkən bu təcrübədən çıxış etmisiniz. Bu dərs ilində də əldə etdiyiniz bilik və bacarıqları həm təkmilləşdirəcək, həm də inkişaf etdirəcəksiniz. Siz yalnız məkanın deyil, insanın da təsviri ilə bağlı aşağı siniflərdə əldə etdiyiniz öz bilik və bacarıqlarınızı artıracaqsınız.
MİKAYIL RZAQULUZADƏ. «VURĞUN BAXIŞLARLA»
(«GÖZƏLLİYİN KEŞİYİNDƏ» ƏSƏRİNDƏN)
(BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİRİN MÜƏYYƏN EDİLMƏSİ)
Tapşırıq 1.
1. Əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparın (“Oxudan əvvəl”). Əsəri oxuyarkən “Oxu zamanı” təlimatına da əməl edin (cədvəl 1, 2, səh. 14, 15).
2. Doğrudanmı, bu əsər təsviri xarakterlidir? Əsərdən verilən parçanın nəqli deyil, təsviri xarakterli olduğunu sübut edin. Fikirlərinizi əsaslandırmaq üçün qarşılaşdırmalar aparmalısınız. Buna nail olmaq üçün “Qarşılaşdırma-müqayisəetmə forması” ndan (cədvəl 6, səh. 20) istifadə edə bilərsiniz.