Problemin həlli məqsədilə mətnlərin yazısı və oxusu zamanı cədvəllərdən istifadə sizə kömək olar:
Cədvəl 8
Problemin həlli forması | ||
Şagirdləri daha dərindən düşünməyə istiqamətləndirən suallar | Müzakirə zamanı istifadə edilən açar sözlər | Araşdırma zamanı istifadə edilən sxem |
Problem nədir? Bu kimin problemidir? Bu problemin səbəbi nədir? Problemin törətdiyi fəsadlar nədən ibarətdir? Problemi kim həll etmək istəyir? Hansı həll yolları məsləhət görülür və ya nə kimi cəhdlər edilir? Problemin həlli hansı nəticələrə gətirib çıxarar? Problem həll edildimi? Bu, yeni problemlər doğurmadı ki? |
Vəziyyəti yaxşılaşdırmaq ehtiyacı Problem odur ki... Məsələ budur ki, Bunun həllinə Yalnız... Bunun səbəbi... Həlli imkanları |
PROBLEMİN HƏLLİ |