Qarşılaşdırma-müqayisəetmə məqsədilə oxunun və yazının təşkilində aşağıda təqdim edilən cədvəl sizə yardımçı ola bilər.
Cədvəl 6
Qarşılaşdırma-müqayisəetmə forması | ||
Şagirdləri daha dərindən düşünməyə istiqamətləndirən suallar | Müzakirə zamanı istifadə edilən açar sözlər | Araşdırma zamanı istifadə edilən sxem |
Hansı anlayışlar müqayisə edilir? Onlar hansı xüsusiyyətlərinə görə müqayisə edilir? Onlar nə qədər oxşardırlar? Bəs onlar nə qədər fərqlidirlər? Hansı fərqli cəhət daha çox diqqət cəlb edir? Müqayisə edilən məfhumlar daha çox bir-biri ilə oxşardır, ya fərqli? Bu məsələlərlə bağlı hansı nəticələrə gəlmək olar? Nəyə görə bu məfhumlar müqayisə edilir? |
Fərqlidir Oxşardır Eynidir Əksidir Baxmayaraq Halbuki Eynən Eləcə də Həmçinin Ya, ya da Digər tərəfdən Yalnız... deyil Həm də... Fərq ondan ibarətdir ki Əgər |
QARŞILAŞDIRMA-MÜQAYİSƏETMƏ |