Qadir Allah üzünü ağ etsin, Basat! — dedi.
Sizə də xeyir-dua verək:
— Ölüm gəldikdə sizi pak imandan ayırmasın!
Günahınızı adı əziz Məhəmməd Mustafaya bağışlasın, xan hey!
Mətni sadələşdirdi: Samət Əlizadə, Fərhad Zeynalov
“BASATIN TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOY”
(TƏSVİRİ-NƏQLİ XARAKTERLİ ƏSƏRİN İDEYASININ MÜƏYYƏN EDİLMƏSİ)
Məktəbli dost, siz təsviri xarakterli bədii nümunələrin ideyasını müəyyən etmək yollarını öyrənmisiniz. Bilirsiniz ki, əsərin mövzusu və ümumiləşdirilmiş kiçik fikirlər onun ideyasının müəyyən edilməsində əsas rol oynayır. Nəqli və nəqli-təsviri bədii nümunələrin də ideyası müəyyən edilərkən bu mexanizmlərdən istifadə olunur. Sadəcə, bu əsərlərdə “kiçik fikir” “hadisələr”lə əvəzlənir. Sxemdəki dəyişikliklərlə 1-ci tapşırığı yerinə yetirən zaman tanış olacaqsınız.
Tapşırıq 1. İdeyasını müəyyən etmək məqsədilə əsəri bir daha nəzərdən keçirdin. Bədii nümunəni təşkil edən hadisələri birbirindən ayırıb onlara başlıq verin. İdeyanı müəyyənləşdirərkən verilmiş sxemdən istifadə edin.