Təpəgöz bir daha söyləyib demişdir:
Basat hirsləndi, yerindən durub gəldi. Təpəgözü nər dəvə kimi dizi üstünə çökdürdü. Təpəgözün öz qılıncı ilə boynunu vurdu. Başını yayın kirişinə taxdı, sürüyə-sürüyə mağara qapısına gəldi.
Basat Bunlu qoca ilə Yapaqlı qocanı oğuz elinə muştuluqçu göndərdi. Onlar ağ-boz atlar minib çapdılar. Qalın Oğuz ellərinə xəbər çatdı.
At ağızlı Aruz qocanın evinə çapar gəldi. Ona Basatın sevinc xəbərini verdi: “Muştuluq! Oğlun Təpəgözü öldürdü!”
Qalın oğuz bəyləri yetişdilər. Salaxana qayasına gəldilər. Təpəgözün başını ortaya gətirdilər.
Dədəm Qorqud gəlib şadlıq havası çaldı. Mərd igidlərin başına nə gəldiyini dedi-danışdı. Eləcə də Basata xeyir-dua verdi:
— Qara Dağa yetəndə sən, keçid versin!
Aşqın-daşqın sular keçəsən, keçid versin!
İgidliklə qardaşının qanını aldın!
Qalın oğuz bəylərini fəlakətdən qurtardın!