Cədvəl 25
Təsviri-nəqli mətnlər | |
Məqsədi | |
Oxucunu — əyləndirmək; — öyrətmək; — məlumatlandırmaq; — hər hansı məsələyə onun münasibətini formalaşdırmaq; — hər hansı məsələyə onun münasibətini dəyişdirməkdir. |
|
Bu zaman haqqında danışılan insan, məkan, əşya və hadisənin səciyyəvi cəhətlərinə dair dolğun təsvirlər oxucuda zəngin təəssüratlar yaradır. | |
Səciyyəvi cəhətləri | |
— Hadisənin baş verdiyi zaman və məkan göstərilir; — Burada baş verən hadisəyə oxucunun diqqətini cəlb etmək üçün təsvirlərə geniş yer verilir; — İnsan məqsədləri, düşüncələri, hissləri, maraqları, dünyagörüşü formalaşmış bir fərd kimi təqdim edilir; — Onun xarici görkəmi və ictimai vəziyyəti təsvir edilir; — Məkan, əşya və hadisələrin səciyyəvi cəhətləri təqdim edilir; — Oxucuda müəyyən əhvali-ruhiyyə (kədər, sevinc, mübarizə, əzmkarlıq və s.) yaradılır; — Obrazlar dialoqa daxil olur; — Əsərdə bir və ya bir neçə problem yaradılır ki, sonda müəyyən yollarla həmin problemlər öz həllini tapır. Beləliklə, təsviri-nəqli xarakterli mətnlərdə beş elementin olması təmin edilir (hadisənin baş verdiyi zaman və məkan; obrazlar; əsərin mövzusu; ziddiyyət (problem); süjet) |