Seçsin gərəklini, gərəksizləri,
Görsün yararlını, yararsızları.
Nur ilə zülmətin fərqini bilsin,
Özünün dərdini, sərini bilsin.
Yetər mətləbinə bu cür adamlar,
Hər iki dünyada məğrur adamlar.
İnsana düşməndir qəhri, qəzəbi,
Daim çılğın yaşar, daim əsəbi.
Bu sözə əməl et, ey üzü nurlu,
Yaşa ər qürurlu, alim qürurlu.
Qəhr edən adamlar biliksiz olur,
Qəzəbin içində zəka boğulur.
Cəhalət insana düşməndir, düşmən,
Alçaqlıq yaranır kindən, qəzəbdən.
Elmli insanlar sözünün əri,
Sözü — ürək hökmü, can bərabəri.
Gəl, ey yaxşı insan, yaxşı ol yenə,
Yaxşı çıraq tutur öz ölkəsinə.
Eşit nə cür olur mətin, mötəbər,
Xalqa əl uzadan müdrik insanlar.
Yusif Balasaqunlu
Tapşırıq 3. Cədvəl 3 üzrə “Oxudan sonra” təlimatını yerinə yetirin. Gəldiyiniz qənaətləri yoldaşlarınızla müzakirə edin. Onların yararlı fikirlərindən faydalanın. Nəticələrinizi təqdim edin.
Tapşırıq 4. Şeirdən bir parçanı ideya məzmununa uyğun və ifadəli şəkildə bir daha oxuyun.
Cədvəl 3
Təlimatlar | Qeydlər | |
Oxudan sonra | ||
1. | Mətndə aydın olmayan, dəqiqləşdirilməsinə ehtiyac duyduğunuz məqamları müəyyən edin. Onlarla bağlı mətnə bir daha nəzər salın. | |
2. | Müəllifin məsələyə münasibətini müəyyənləşdirin. | |
3. | Dəqiqləşdirin: Müəllif bu əsərdə oxucusuna nə demək istəyir? | |
4. | 0, nəzərdə tutduğu fikri ifadə edə bilibmi? Nəyə görə belə düşünürsünüz? |
|
5. | Oxunu uğurla təşkil edə bildinizmi? Özünüzü qiymətləndirin (yüksək, yaxşı, orta, zəif). |