Cədvəl 24
Təsviri mətnlər | Nəqli mətnlər |
Məqsədi | |
İnsan, məkan, əşya və hadisəyə dair aydın təəssürat yaratmaqla oxucunu əyləndirmək, düşündürmək. | Oxucunu əyləndirmək, öyrətmək, məlumatlandırmaq, hər hansı məsələyə onun münasibətini formalaşdırmaq, dəyişmək. |
Səciyyəvi cəhətləri | |
— oxucunun diqqətini cəlb edir; — insan, məkan, əşya və hadisənin səciyyəvi cəhətlərini təqdim edir; — müəyyən əhvali-ruhiyyə yaradır; — yazını həyat hadisələri ilə əlaqələndirir. |
— obrazlar məqsədləri, düşüncələri, hissləri, maraqlan, dünyagörüşü, ictimai vəziyyəti müəyyən
edilmiş fərd kimi təqdim edilir;
— dialoqlar daxil edilir; — dialoqlarda zaman keçmişdən indiki və ya gələcək zamanlarda dəyişə bilir; — ümumi təsvirlərə yer verilir. |
Mətnin tərtibində əhəmiyyət verilməli digər məsələlər | |
— İnsan, məkan, əşya, hadisə haqqında danışılmır, onun necə olduğu göstərilir; — Xüsusi söz ehtiyatlarından istifadə edilir; — Ancaq o məqamlardan söz açılır ki, həmin məqam əsas fikrin çatdırılmasına xidmət etsin; — Hisslər (eşitmə, görmə, qoxu, dad, toxunma) təsvir edilir; — Bədii təsvir vasitələrindən istifadə edilir; — Oxucunu təsvir edilən “məkana aparmaq”, “insanla görüşdürmək” üçün təsirli feillərdən və dəqiq seçilmiş isimlərdən istifadə edir. |
— Əsasən, keçmiş zamanda III şəxsin dilindən yazılır; — İndiki zamanda I şəxsin dilindən də yazılan nümunələrə rast gəlmək olur. Bununla yazıçı oxucusunu yaratdığı obraza daha da yaxınlaşdırır. Oxucu əsərin qəhrəmanının duyğu və düşüncələrini hiss edir; — Fikrin ifadəsində hansı cümlə quruluşuna üstünlük verilir; — Belə mətnlərdə üstünlük isimlərə, feillərə verilir. |