— Əsərdə ananın portreti təsvir edilir, yoxsa onun haqqında nağıl edilir? Fikirlərinizi əsaslandırın.
— Bunun üçün müəllif hansı söz və ya söz birləşmələrindən istifadə etmişdir?
— Əsərdə hansı məqamlar əsas fikrin çatdırılmasına xidmət edir?
— Şeirdə müəllif hisslərin (eşitmə, görmə, qoxu, dad, toxunma) təsvirinə yer veribmi? Cədvəl 11-ə baxın, təqdim edilən göstəricilərdən hansının ananın xarici görkəmində nəzərə alındığını müəyyən edin.
— Şair hansı bədii təsvir (təşbeh, epitet), yaxud ifadə vasitələrindən (mübaliğə, bədii sual) istifadə etmişdir?
— Oxucunu təsvir edilən “məkana aparmaq”, “insanla görüşdürmək” üçün hansı feillərdən və isimlərdən istifadə edilmişdir?
2. Bu sual və cavablara əsasən təsviri xarakterli bədii nümunələrin dil xüsusiyyətlərini müəyyən edin.
Tapşırıq 6.
1. “Ana rəhmi” əfsanəsi ilə bağlı digər məqamları aşağıda təqdim edilən suallara əsasən araşdırın:
— Əsərdə hadisələr hansı zamanda baş verir və neçənci şəxsin dilindən söylənilir?
— Əsərin bir parçasında hadisələr I şəxsin dilindən danışılır. Həmin parçanı bir daha oxuyun. Obrazın hissləri və düşüncələri sizdə hansı təəssüratları yaradır?
— Müəllif fikirlərini ifadə edərkən hansı cümlə quruluşuna (sadə, mürəkkəb) üstünlük verib?
2. Bu sual və cavablara əsasən nəqletmə xarakterli bədii nümunələrin dil xüsusiyyətlərini müəyyən edin.
Tapşırıq 7. Cabir Novruzun “Mən bizim anaları Günəşlə tən tuturam” şeiri və “Ana rəhmi” əfsanəsi üzrə iki dərsdir ki, verilən suallara cavab hazırlamısınız. Həmin cavabları 24-cü cədvəllə qarşılaşdırın. Uyğun gələn məqamları müəyyənləşdirin. Uyğun gəlməyənlərlə bağlı yoldaşlarınızla müzakirə aparın.