Tapşırıq 2. «Oxudan sonra» təlimatına riayət et (cədvəl 3, səh. 17).
Yaradıcı tətbiqetmə:
Azərbaycanda bitən bir neçə dərman bitkisi haqqında məlumat toplayın, onları təsvir edin.
Tapşırıq 3.
1. İnsanlar hər hansı bir işi görərkən qarşılarına müəyyən məqsədlər qoyurlar. Sizcə, bu əsərlər yazılarkən müəlliflərin məqsədi nədən ibarət olub?
2. Cabir Novruzun «Mən bizim anaları Günəşlə tən tuturam» şeirindən çıxış edərək aşağıda təqdim edilən suallara cavab verin.
— Müəllif əsərin əvvəlində oxucunun diqqətini cəlb edən, marağına səbəb olan hansı məqamlara toxunub?
— Şair nəyi (insan, məkan, əşya və hadisəni) təsvir edib? Onların səciyyəvi cəhətlərini necə təqdim edib?
— Müəllif oxucuda hansı əhvali-ruhiyyəni yarada bilib?
— Şair əsəri həyatla əlaqələndirmək üçün nə edib?
3. Düşünün: Bu cavablar təsviredici mətnin səciyyəvi cəhətləri ilə necə əlaqəlidir?
Tapşırıq 4. “Ana rəhmi” əfsanəsindən çıxış edərək aşağıda təqdim edilən suallara cavab verin.
— Əsərdəki obrazların məqsədlərini, düşüncələrini, hisslərini, maraqlarını, dünyagörüşünü, ictimai vəziyyətini müəyyən edin.
— Əsərdə dialoqlara yer verilibmi? Dialoq kimlərin arasında baş verir və nə məqsəd daşıyır?
— Dialoqlarda obrazların söhbəti hansı zamanda baş verir?
— Əsərdə hər hansı təsvirə yer verilibmi? Bu təsvir ümumi xarakter daşıyır, yoxsa obrazın səciyyəvi cəhətlərini incəlikləri ilə əks etdirir?
Düşünün: Bu cavablar nəqletmə xarakterli mətnin xüsusiyyətləri ilə necə əlaqəlidir?
Tapşırıq 5.
1. Cabir Novruzun “Mən bizim anaları Günəşlə tən tuturam” şeirinin dil xüsusiyyətlərini aşağıda təqdim edilən suallara əsasən araşdırın: