Tapşırıq 2.
Bədii nümunənin təsviredici, ya nəqletmə xarakterli olduğunu sübut edən faktları müəyyən edin və onlarla bağlı şərh verərkən öyrəndiyiniz yeni sözlərdən faydalanın. Fikirlərinizi əsaslandırın.
Təsviredici xarakterlidir | |
Fakt | Şərh |
|
Nəqletmə xarakterlidir | |
Fakt | Şərh |
|
Tapşırıq 3.
1. “Oxudan sonra” təlimatını yerinə yetirin (cədvəl 3, səh. 17), müzakirə zamanı yoldaşlarınızın faydalı fikirlərindən yararlanın.
2. Bu əsəri “Xan sarayı” əsəri ilə janr xüsusiyyəti baxımından müqayisə edin.
Əli Səmədli
Xalq yazıçısı Əli Vəliyev Əli Səmədlinin nağıllarına yüksək qiymət verərək yazırdı: «Şifahi xalq ədəbiyyatının ən qədim növü olan nağıllar yazılı ədəbiyyatın, xüsusilə uşaq ədəbiyyatının inkişafı üçün həmişə tükənməz mənbə olmuşdur. Bu bitməz-tükənməz xəzinədən səmərəli bəhrələnən Əli Səmədli uşaqlarımız üçün onlarla maraqlı nağıllar yazmışdır. Bu nağıllar yığcam və təbii süjet üzərində qurulmuşdur. Burada təsvir olunan hadisələr ideyanın, fikrin cövhəridir».