NƏQLİ ESSENİN TƏŞKİLİ
Tapşırıq 1. Ədalətsizliyə qarşı mübarizəni əks etdirən hadisə ilə bağlı qeydlər aparmısınız. Həmin qeydlər əsasında hadisəni yazılı nəql edin. Bunun üçün əvvəlcə esseni planlaşdırın:
— Yazıya hazırlaşarkən apardığınız qeydlərdən çıxış edərək essenin xəritəsini tərtib edin;
— Yazının planını tutun;
— Həmin hadisəyə maraqlı və cəlbedici giriş verin;
— Qaralamada ilkin variantınızı yazın;
— Açar sözlərdən, indiyə qədər öyrəndiyiniz yeni sözlərdən yeri gəldikcə istifadə edin;
— Yeri gəldikcə dialoqlara yer verin;
— Düşündürücü bir nəticə ilə esseni başa vurun.
Tapşırıq 2. Yazdığınız esseni yoldaşlarınızla müzakirə edin. Onların fikirlərini nəzərə almaqla essedə təkmilləşdirmə işləri aparın.