Cədvəl 2
Təlimatlar | Qeydlər | |
Oxu zamanı | ||
1. | Oxu prosesində qarşılaşdığınız tanış olmayan sözlərin mənasını aydınlaşdırın ki, müəllifin fikrini tam şəkildə anlaya biləsiniz. | |
2. | Oxu zamanı əsərdə yazıçının nə demək istədiyini (əsərin əsas ideyasını) müəyyən etməyə çalışın. | |
3. | Mətnin necə təşkil edildiyinə fikir verin. Bəzən mətndə əvvəlcə hadisələrin baş vermə səbəbləri verilir, sonra isə həmin hadisələrin nə ilə nəticələndiyi göstərilir. Bəzən də hadisələr əhəmiyyətlilik baxımından düzülür: əvvəlcə daha əhəmiyyətli məsələlər, sonra az əhəmiyyətli məsələlər gəlir. Yaxud əksinə olur. Bunları bilmək sizə əsas ideyanı (fikri) dəstəkləyən kiçik fikirlərin müəyyən edilməsində kömək edər. | |
4. | İmkan olduqca əsərdəki hadisələri özünüzün və ya yaxınlarınızın həyatında baş vermiş hadisələrlə əlaqələndirin. | |
5. | Əgər nəyisə anlamadığınızı və ya səhv oxuduğunuzu hiss etsəniz, dayanın. Yenidən oxuyun. | |
6. | Mətndəki fikirlərin sxemini və ya cədvəlini dəftərdə çəkməyə çalışın. |