Alim evə yollanır. Ancaq onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən karvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyifi alimdən çıxacaq.
Karvandakı hər dəvənin boynunda bir zınqırov vardı. Alim karvan başçısına bildirir ki, əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır.
Karvan başçısı təklifini soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin.
Karvan başçısı təklifini soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin.
— Mən zınqırovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq.
Bəli, alim zınqırovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə telə dəyir. Zınqırovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır.
Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib karvanın üstü ilə uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqs edir, axşamdan bükülən güllər yenidən ləçəklənib ətir saçır.
Sizə kimdən xəbər verim, hökmdardan. Saraya çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Alimi nə qədər axtarırlarsa da, tapa bilmirlər.
Hökmdar bir bölük atlını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqırovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur, əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir düşürlər. Birdən atlılar elə bil yuxudan oyanıb görürlər
ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının artıq müşkül bir iş olduğunu görən dəstə əliboş geri qayıdır.