Tapşırıq 2.
Tərtib edilmiş işçi vərəq üzrə aşağıdakı məqamları nəzərə almaqla nəql edin.
Əsaslandırmaq: əsərdə baş verənləri əsaslandıraraq danışmaq (əsərə istinadlar, əsərdən sitatlar);
Münasibət bildirmək: onlardan nəyin doğru, nəyin yanlış olması ilə bağlı fikirlər yürütmək;
Dəstəkləmək: doğru hesab etdiklərinizi əsərdən nümunələr gətirməklə və ya şərhlər verməklə dəstəkləmək;
Nəticə çıxarmaq: buradan hansı qənaətə gəldiyinizi bildirmək.
Tapşırıq 3. 1. Təmsil və nağılın oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. 2. Təmsilin ideya və məzmununu müəyyənləşdirdikdən sonra yenidən ifadəli oxuyun.
İvan Krılov
İvan Andreyeviç Krılov teatrda opera tamaşasına baxırdı. Yanındakı kürsüdə əyləşənin musiqisevər olduğunu anlamaq çətin deyildi. O, teatrda yalnız olmadığını unudub, tamaşa başlayandan bəri ifaçılarla birlikdə oxuyurdu. Cana yığılmış Kırılov sakitcə:
- Biabırçılıq! - dedi.
- Bu söylədiyiniz mənə aiddir? - yanında əyləşən oxumağını saxlayıb ondan soruşdu.
- Siz necə belə düşünə bilərsiniz, - Krılov cavab verdi, - bu, səhnədəki cənablara aiddir, onlar sizi dinləməyə mane olurlar.
İ.A.Krılovun yaradıcılığı rus təmsilinin zirvəsi səviyyəsinə yüksəlmişdir. Onun təmsillərinin böyük tərbiyəvi əhəmiyyəti vardır. O, atalar sözü, nağıl və məsəllərdən məharətlə faydalanmış və əsərləri rus ədəbi dilinin inkişafında mühüm rol oynamışdır. İ.A.Krılovun əsərləri bir sıra dillərə tərcümə olunmuşdur. Təmsilləri Azərbaycanda da geniş yayılmışdır.