Tapşırıq 1. Təqdim edilən əsəri (səh. 16) oxumazdan əvvəl oxuya hazırlıq işləri aparın. “Oxudan əvvəl” təlimatını yerinə yetirin.
Cədvəl 1
OXUNUN TƏŞKİLİ CƏDVƏLİ (DƏRK EDƏRƏK OXU) |
||
Təlimatlar | Qeydlər | |
Oxudan əvvəl | ||
1. | Fikrinizi bir yerə cəmləşdirin. Əsərin başlığını oxuyun. İlk və son dörd misrasını nəzərdən keçirin (nəsr əsərinin oxusunda cümlə və ya abzas oxunacaq). | |
2. | Fikirləşin: Elmin faydası barədə indiyə qədər nə oxumuşam, nə eşitmişəm, hansı televiziya verilişinə baxmışam? Bu barədə nə bilirəm? | |
3. | Bu mətni nə üçün oxuyuram? Bildiklərimdən əlavə, daha nələri öyrənmək maraqlı olardı? — deyə oxu məqsədini müəyyən edin. | |
4. | Başlıq və yarımbaşlıqlara, şəkillərə, həmçinin digər diqqət cəlb edən məqamlara ötəri nəzər salın. | |
5. | Əldə etdiyiniz bu ilkin məlumatlara əsasən çalışın ki, mətndə nədən bəhs olunduğu barədə əvvəlcədən fərziyyələr irəli sürəsiniz. Həmin fərziyyələri qeyd edin. |
Tapşırıq 2. Oxu zamanı cədvəl 1-də təqdim edilən fəaliyyətlərə nəzər salın. Fərziyyələrinizin doğru olub-olmadığını yoxlayın. Cədvəldəki məsələlərə cavab tapdıqca qeydlər aparın.