Tapşırıq 3. 1. “Oxudan sonra” təlimatını yerinə yetirin (cədvəl 3, səh. 17). Əsərləri ideya, məzmun və janr xüsusiyyətləri baxımından qarşılaşdırın. Qarşılaşdırma-müqayisəetmə cədvəlindən (cədvəl 6, səh. 20) istifadə edin. 2. Gəldiyiniz nəticələri yoldaşlarınızla müzakirə edin, diqqətəlayiq fikirlərdən yararlanın.
Yaradıcı tətbiqetmə:
Televiziyada marağınıza uyğun olan bir cizgi, yaxud bədii filmə baxın. Həmin filmin elementlərini yuxarıda verilən sxem üzrə müəyyən edin. Nəticələrinizi müəllimə təqdim edin.
Zahid Xəlil
“İndi uşaqlar üçün dərslik hekayələri yazıram. Bu mənim həyatımda yeni bir mərhələdir. Heç vaxt düşünməmişəm ki, məktəb üçün xüsusi hekayələr lazımdır. İndi çalışıram bu şərtlərə cavab verən əsərlər yazım. Köhnə əsərlərimi də bu şərtlərə uyğunlaşdırmaq istəyirəm”.
Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çiynindən düşüb.
Həmişə bahar gələndə istər-istəməz bu misraları xatırlayıram. Gözlərim önündə gözəl bir mənzərə canlanır. Elə bil ki çəmənin baharın çiynindən allıgüllü bir yapıncı kimi sürüşüb yerə düşdüyünü də öz gözümlə görürəm. Bir də gözlərim qarşısında həmin şeirin müəllifinin - ömrünü uşaq ədəbiyyatına həsr edən Zahid Xəlilin nurani çöhrəsi canlanır.
Zahid Xəlil bütün yaradıcılığı boyu kiçik açarla böyük qapılar açmağa üstünlük vermiş, dünyaya uşaq gözü ilə baxmış, bu yolda böyük uğurlar qazanmışdır.
Rafiq Yusifoğlu