MİR CƏLAL. “DƏRSİMİ YAZ” VƏ
ZAHİD XƏLİL. “ZEYNALABDİN”
(NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN
ELEMENTLƏRİNİN MÜQAYİSƏSİ)
Nəqli mətnlərin, əsasən, beş elementdən ibarət olduğunu artıq bilirsiniz. İndi isə həm ötən dərs ili öyrəndikləriniz, həm də bu dərs ilində yeni nail olduğunuz bilik və bacarıqlarınızı tətbiq etməklə maraqlı bir bədii nümunənin elementlərini müəyyən edəcəksiniz. Siz həm də ayrı-ayrı mətnlərin xəritələrini qarşılaşdırmaqla müqayisə edəcək, onlar arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirəcəksiniz. Bu bacarıqlar əsərin mahiyyətini dərk etmək baxımından çox əhəmiyyətlidir.
Tapşırıq 1.
1. Mir Cəlalın “Dərsimi yaz” və Zahid Xəlilin “Zeynalabdin” başlıqlı əsərlərini oxumazdan əvvəl oxuya hazırlıq işləri aparın. Əsəri oxuyun.
2. 22-ci cədvəldən istifadə etməklə mətnin elementlərini müəyyən edin.
Cədvəl 22
Əsər | Obraz | Hadisənin baş verdiyi zaman və məkan |
Problem | Problemin həlli |
Mövzu | Süjet |
I əsər | ||||||
II əsər |