“XAN SARAYI” ƏFSANƏSİ
(NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRDƏ HADİSƏLƏRİN
ARDICILLIĞININ MÜƏYYƏN EDİLMƏSİ)
Tapşırıq 1.
1. “Xan sarayı” əfsanəsini oxumazdan əvvəl oxuya hazırlıq işləri aparın. Yardımçı sualları cavablandırmağa, əsəri düşünərək oxumağa çalışın. Mətndəki hadisələri və onların ardıcıllığını müəyyən edin. Əlavə №2-dən (səh. 229) istifadə etməklə hadisələri adlandırın.
(Əfsanə)
Şəki xanı bir gün ustanı yanına çağırıb deyir:
— Qocalmışam, istəyirəm adımı əbədiləşdirən bir saray tikdirəm. Gərək dünyada ona bərabər ikinci bir saray tapılmasın.