Keçən dərs ilindən bilirsiniz ki, nəqli mətnlər giriş, əsas hissə və nəticə çərçivəsində bir neçə hadisənin ardıcıl düzülməsi ilə yaranır. Oxuduğunuz bədii nümunələrdə hadisələri müəyyən etmiş, onların hansı ardıcıllıqla düzüldüyünü müəyyənləşdirmisiniz. Təcrübənizdən bilirsiniz ki, əsərdə hadisələrin ardıcıllığı ilə bağlı məlumatlılıq onun məzmununun nəqli işini də xeyli asanlaşdırır.
Tapşırıq 1.
1. Sabir Əhmədlinin “Dərs” hekayəsini oxumazdan əvvəl oxuya hazırlıq işi aparın. İlkin məlumatlardan çıxış edərək əsərdə hadisələrin ardıcıllığını və aşağıdakı sxemlərdən hansına uyğun gəldiyini müəyyənləşdirin. Hadisələrin ardıcıllığına uyğun gələn sxemi dəftərinizə çəkin və müvafiq qeydlər aparın.
2. Nəticələrinizi yoldaşlarınızla müzakirə edin, diqqətəlayiq fikirlərdən yararlanın, öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə edin.
Tapşırıq 2. Əsəri oxuyun. Əsərdə hadisələrə başlıq verin və uyğun gələn hadisələrin ardıcıllığının sxemini tərtib edin.