Tapşırıq 4.
1. Ayrı-ayrı əsərlərdəki obrazların hansında cədvəl 21-də verilən xüsusiyyətlər daha qabarıqdır? Həmin obrazı müəyyənləşdirin.
Cədvəl 21
Xüsusiyyətlər | I əsər | II əsər | ||
I obraz | II obraz | I obraz | II obraz | |
Sədaqətli | ||||
Ədalətli | ||||
Yalançı | ||||
Xeyirxah |
Yaradıcı tətbiqetmə:
Oxuduğunuz bədii nümunə üzrə aşağıdakı fəaliyyətlərdən birini yerinə yetirin:
— Əsəri oxuyarkən gözləriniz qarşısında canlanan obrazlardan birinin şəklini çəkməyə çalışın;
— Plastilindən bəyəndiyiniz obrazlardan birinin görkəminə bənzər fiqur düzəldin;
— Həmin obrazı əks etdirən aplikasiya hazırlayın;
— Əsərin məzmunundan çıxış edərək kiçik bir hekayə yazın.
Bunu bilməlisiniz!
Təmsil - tənqidi-satirik mövzularda yazılmış əsərlərə deyilir. Çox vaxt nəzmlə yazılır, lakin nəsrlə yazılmış təmsillərə də rast gəlinir. Təmsil həcmcə yığcam olur, alleqorik və nəsihətamiz səciyyə daşıyır.
Azərbaycan ədəbiyyatında Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Abbas Səhhət, Hikmət Ziya və b. yaradıcılığında təmsilin gözəl nümunələrinə rast gəlirik.