ƏQRƏB VƏ ÇANAQLI BAĞA
( Təmsil )
Girmişdi Əqrəb bağa,
Gəlib Çanaqlı bağa
Əqrəblə sirdaş oldu,
Dost oldu, qardaş oldu.
İki əziz, mehriban
Yoldaş bağda bir zaman
Birlikdə yedi, içdi,
Günləri çox şən keçdi.
Bir gün qopdu bərk tufan.
Külək dostları bağdan
Götürüb çox şiddətlə
Atdı geniş sahilə.
Əqrəb dedi: — Dostum, sən
Üzüb çaydan keçərsən,
Mən burda qalaram tək.
Səndən ayrılmır ürək,
Olmuşuq yaxın həmdəm,
Qəlbimi sıxar dərd, qəm.
Bağa dedi: — Dostum, gəl,
Min arxama əlbəəl,
Çaydan keçirim səni.
Burax yersiz qüssəni,
Gedək başqa bir bağa.
Aldı mehriban Bağa
Arxasına Əqrəbi.
Bir az yol gedən kimi
Əqrəb sancdı dostunu.
Duyaraq Bağa bunu
Dedi: — Ay üzü qara,
Dost-dosta vurar yara?
Əqrəb dedi: — Əzizim,
Qara olsa da üzüm,
Sancmaq məndə adətdir,
Sanma bu, ədavətdir.
Baş vurdu suya Bağa
Söylədi: — Əqrəb qağa,