Nizami Gəncəvi
Nizami Gəncəvi
Azərbaycanın böyük şair və mütəfəkkiri olmuşdur. Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütaliə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmişdir. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək insani keyfiyyətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. Şairə görə, yalnız əməkçi insan hörmət və məhəbbətə layiqdir. Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. Onun bütün əsərlərində öz xalqına böyük məhəbbəti aydın görünür. Dahi şairin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur.