Yaradıcı tətbiqetmə:
Əsərdəki obrazlardan bir-ikisinin xarakterində hər hansı dəyişiklik etməklə öz versiyanızı yazın.
Tapşırıq 6. Əsərdən müəyyən bir hissəni dəftərinizə köçürdün, şərti işarələrdən istifadə edin.
↗ — səs tonunun qalxması
↘ — səs tonunun enməsi
∥ — fasilə
Nəriman Süleymanov
Nəriman Süleymanov müasir uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, əsərlərində müasir həyat problemlərinə toxunmuş, yaddaqalan maraqlı əsərlər, bitkin obrazlar yaratmışdır. Onun hər bir hekayəsində insan həyatının əhəmiyyətli anları təsvir olunmuşdur. Nəriman Süleymanov öz əsərləri ilə uşaqlarda xeyirxahlıq, humanizm tərbiyə etməyə çalışmışdır. Onun hekayələrində müxtəlif xarakterli uşaqların həyatından, onların mənəvi dünyasından söhbət açılmışdır. Müəllif, əsasən, uşaqların təlim-tərbiyəsini, əxlaqi keyfiyyətlərini ön plana çəkmiş, bir şəxsiyyət kimi formalaşmalarını arzulamışdır. Nəriman Süleymanovun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, kiçikyaşlı oxucular tərəfindən maraqla qarşılanmışdır.