Tapşırıq 3.
Siz artıq əsərdəki obrazların davranış və əməllərinə görə səciyyəvi cəhətlərini müəyyənləşdirmisiniz. Obrazları həmin cəhətlər baxımından qarşılaşdırın.
Bu zaman “Qarşılaşdırma-müqayisəetmə” formasından (cədvəl 6, səh. 20) istifadə edin və təqdim edilən sxem üzrə iş aparın.
Tapşırıq 4.
1. Çıxardığınız nəticələri yoldaşlarınızla müzakirə edin. Əsaslandırılmış fikirləri nəticələrinizə əlavə edin.
2. Müzakirə edərkən obrazlı sözlərdən və ifadələrdən nitqinizdə istifadə edin.
Tapşırıq 5.
“Oxudan sonra” təlimatını yerinə yetirin, oxuduğunuz mətni qiymətləndirin:
— Əsər hansı janrda yazılmışdır? Fikirlərinizi əsaslandırın.
— Fikirlər dəqiq ifadə edilmişdirmi? Ümumiyyətlə, fikrin ifadəsi sizi qane edirmi?
— Oxuduqlarınzı ətrafınızda baş verən hadisələr və digər oxuduğunuz mətnlərlə əlaqələndirin.
— Oxuduğunuz mətn üzərində düşünün. Bu əsərdən hansı qənaətə gəlmək olar?
— Mətnin sonunda nə kimi dəyişiklik etmək istərdiniz?