Qalibiyyət imzasını çəkə bildik,
Qalibiyyət möhürünü vura bildik.
Gözün aydın, Oğuz elim,
Gözün aydın, Çənlibelim,
Gözün aydın, Qarabağım.
Yağı düşmən həmləsinə şax dayandıq.
Qəlbimizdə vətən eşqi, vətən andı.
Bizim olan bizim oldu,
Şanlı vətən bayrağımız zirvələrdə dalğalandı.
Gözün aydın, öz oğlunu
bu vətənçün qurban verən anam mənim,
Öz ərini bu torpaqçün qurban verən
bacım mənim, sonam mənim.
Gözün aydın, atasını itirənim,
Oğlum mənim, qızım mənim,
Qundağında dil açmayan körpəm mənim,
Balım mənim, duzum mənim.
Sinəmizə dağ çəkənin
sinəsində dağ yaratdıq.
Şimşək olduq düşmənlərin ürəyində
arzuları külə döndü,
Göz yaşımı tökənlərin
göz yaşları gölə döndü.
Qobustandan “Ana zağa” kahasından
babam gəlsin,
Qavaldaşı döyəcləsin,
Ellərimi haraylasın,
Dədəm Qorqud söz söyləsin,
Boy boylasın...
Gözün aydın, ana yurdum,
Gözün aydın, Azərbaycan!
Zaur İlhamoğlu
Əgər oğula (“Ataya məktub”) məktub yazsa idiniz, ona cavabınız nə olardı? Ona hansı xəbəri verərdiniz? Ataya (“Ataya məktub”) gözaydınlığı vermək üçün məktub yazın.
1. • • •
2. • • •