Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının
“Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilsinlər:
Mehdiyev İlham İsmayıl oğlu - general-leytenant
Mirzəyev Hikmət İzzət oğlu - general-leytenant
Nağıyev Əfqan Vəli oğlu - general-leytenant
Vəliyev Kərim Tofiq oğlu - general-leytenant
Bağırov Ramin Sabir oğlu - general-mayor
• • •
Vətən müharibəsində
şəhid və qaziləri, hərbçiləri,
döyüşən ordunun
əsgərlərini təltif etmək
üçün daha hansı
medallar təsis
edilmişdir?
Mikayılov Xanoğlan Əhməd oğlu – gizir
Mikayılov Orxan Zülfüqar oğlu – gizir
• • •
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2020-ci il.
N°3568
“Cəbrayılın azad olunmasına görə” medalı Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Bu medalla Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
“Cəbrayılın azad olunmasına görə” medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.