Təsəvvür edin ki, gözəl, yelkənli
bir gəminiz vardır. Həmin
gəmidən hansı məqsədlərlə
istifadə edərdiniz?
Əgər səyahət edərsinizsə, bu, kəşf, yoxsa səfər məqsədi daşıyar? |
Səyahətə haradan başlayıb, onu harada bitirərdiniz? |
Planlaşdırdığınız səyahətdə sizə nələr lazım ola bilər? |
Həmin səyahətin planını hazırlayın. |
Təklif edirik ki, səyahətə ailənizdən başlayasınız. |
Sual işarələrinin yerində nə yazıldığını bilmək üçün:
✓ Mətnləri öyrəndikcə açar sözlər və ifadələr seçin.
✓ Açar sözlər və ifadələrdən cümlələr düzəldin.
✓ Hər bir mətndən çıxan əsas fikrə diqqət yetirin.
✓ Hər bir bölmənin sonunda öyrənəcəyiniz fikirlər açar cümlələr olacaq.
Əziz dostlar! Səyahət və kəşflər
etməkdən çəkinməyin!
Məşhur səyyah Xristofor Kolumb dənizdə gördüyü adi bir saman çöpünə əsasən böyük qitə haqqında məlumat vermişdi.