Bu qələbəmizi ••• təmin etdi.
Bir çox əsgərlərimiz ••• .
İşğaldan azad edilmiş ••• ••• dalğalanmağa başladı.
••• döyüşçülərimiz ••• düşmən əlinə keçməsinə •••.
II HİSSƏ
Xanoğlan qəfildən snayper gülləsinə tuş gəldi. Güllə ayağına dəymişdi. Mərmi qəlpələri onun çiynini və qolunu sındırmışdı. Ağrı get-gedə güclənsə də, dayanmaq bilmir, daha çox düşmən məhv etmək istəyirdi. Sanki güllələrə meydan oxuyurdu. Geriyə çevriləndə yanında döyüşən dostunun can verdiyini gördü. Döyüşçü xeyli qan itirsə də, gülümsədi: “Boş şeydir, yüngül yaradır!” Xanoğlan kömək etmək istəsə də, onu ölümün pəncəsindən almağa can atsa da, nail ola bilmədi. Bir neçə dəqiqədən sonra dostu artıq əbədi olaraq gözlərini yumdu, müqəddəsliyə qovuşdu.
Erməni ordusu hücuma keçmiş, müvəqqəti olsa da, üstünlük qazanmışdı. Xanoğlan ermənilərdən fərqli olaraq, torpaqlarını işğaldan azad etmək üçün həyatını qurban vermiş şəhidini mənfur düşmənə təslim etməyi ağlına belə gətirmədi. Çətinliklə olsa da, onu çiyninə qaldırdı. Yaralarından axan qana, dözülməz ağrılara fikir vermədən beləcə xeyli yol gəldi. Hər addım atdıqca sanki torpaqdan güc alır, doğma torpaq igidini əyilməyə qoymur, ona dayaq olurdu.
Arada bir neçə dəfə yıxılsa da, daxilindəki inam və əyilməz iradə onu ayağa qaldırır, addım atmağa məcbur edirdi. Ancaq qanaxma Xanoğlanda yeriməyə taqət qoymamışdı: başı gicəllənir, gözləri qaralırdı. Belə getməyin mümkün olmadığını görüb dostunun botinkasının ipini öz ayağına bağladı, sürünməyə başladı.
Təxəyyülünüzə əsasən
cümləni tamamlayın.
İtirilən qan, halsızlıq, sürünməyi çətinləşdirən nəş, eyni zamanda, çətin relyef ••• . Xanoğlan huşunu itirdi. Huşu özünə qayıdanda •••
Samirə Bektaşi
İlkin təxminim: ...
İpucu: Xanoğlan 36 saat komada qaldı.
Əslində: |