6 | Mən nə etdimsə, |
Əziz dostlar! Dialoqu tamamlamaqda bizə kömək edin.
Vətən müharibəsində ••• qazandıq.
Torpaqlarımız ••• azad edildi.
"Mərdliklə seçilir hər
mərdin işi."
Düzgün tələffüzü seçin:
[torpaxlar] | [torpaqlar] |
[əsgər] | [əskər] |
[üçrənkli] | [üçrəngli] |
Necə yazılmalıdır?
q, g, yoxsa ğ?
gər...in iş...al qız...ın
I HİSSƏ
Füzulinin, Cəbrayılın bir çox kəndləri artıq iş(ğ, x)aldan azad edilmişdi. Amma hələ də döyüşlər davam edirdi. Azərbaycan əsgəri cəsarətlə döyüşür, mənfur düşməni torpaqlarımızdan qovurdu. Döyüşlər artıq Qubadlı ərazisində gedirdi. Ağır artilleriyadan atılan mərmilər qorxunc səslər qoparırdı. Ətrafı bürümüş toz-duman qarşı tərəfi görünməz edirdi.
Vətən torpağının hər qarışı uğrunda gər(q, g)in mübarizə gedir, ölüm belə əsgərlərimizi qorxutmurdu. “Təki Vətən yaşasın!”, “Təki Vətən sağ olsun!” süarları onların dillərinin əzbəri olmuşdu. Kiçik bir qələbə belə onları ruhlandırır, Ali Baş Komandanın “İrəli!” əmri Azərbaycan əsgərinin tez bir zamanda qalib olmaq istəyini daha da gücləndirirdi.
Azərbaycan ordusunun əsgərləri yeni-yeni əraziləri azad etmək üçün fədakarlıq göstərir, az qala, hər təpəyə, hər zirvəyə üçrəngli müqəddəs bayrağı sancmaq arzusu ilə alışıb yanırdılar.
Xanoğlan döyüş yoldaşları arasında cəsarəti ilə fərqlənir, döyüşün ən qız(ğ,q)ın olduğu yerlərdə vuruşurdu. Komandir onların qarşısında döyüş tapşırığı qoymuşdu: Bu gün yüksəklik alınmalı, orada üçrəngli bayrağımız əzəmətlə dalğalanmalıdır!
Dəstə yola düşdü, ağır döyüşlər başladı. Hər iki tərəf döyüşürdü: Birinci tərəf neçə illər həsrətində olduğu, doğma insanlarının yolunu gözləyən torpaqlarını azad etmək üçün vuruşur, digər tərəf hiyləgərcəsinə zəbt etdiyi, viran qoyduğu əraziləri heç cür əldən vermək istəmirdi. Düşmən odlu silahlarını işə salmışdı.