Nümunə: çiçəyin - çiçək
Dilimizdə sonu k samiti ilə bitən çoxhecalı sözlərə saitlə başlanan şəkilçi artırdıqda k samiti y samiti kimi yazılır.
Məsələn:
ipək+in= ipəyin; ürək+i =irəyi
Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda sözün sonunda k samiti olduğu kimi qalır.
Məsələn: kəpənəklər, ürəkli, ipəkçi və s.
Sonu k ilə bitən elə sözlər var ki, onlarda k → y əvəzlənməsi baş vermir, yəni onlara saitlə və ya samitlə başlanan şəkilçi artırılmasından asılı olmayaraq, sözün sonunda k hərfi yazılır. İştirak, əmlak, şərik, həlak və s. belə sözlərdir.
Məsələn: əmlak + a = əmlaka; şərik + in = şərikin və s.
1. Ehtiyat igidin yaraşı...ıdır. 2. Söz ...ılıncdan itidir. 3. Aslanın erkə... i, dişisi olmaz. 4. Acı...ın axırı peşmançılı...dır. 5. Öz...əyə ...uyu qazan özü düşər. 6. Daldan atılan daş topu...a dəyər. 7. İstəyirsən, bol çörə..., al əlinə bel-kürə.... 8. Bir qorxa... bir ordunu bada verər.