- Nə üçün hekayə “Nişan üzüyü” adlandırılmışdır? Fikirlərinizi əsaslandırın.
- Ananın hərəkətinə münasibət bildirin. Siz onun yerində olsa idiniz, necə hərəkət
edərdiniz?
- Komandir obrazının xüsusiyyətlərini sadalayın. Fikirlərinizi nə ilə əsaslandırarsınız?
- Oğul obrazını necə qiymətləndirirsiniz? Sizcə, əsgəri anasına məktub yazmağa nə
məcbur edir? Anası ona kömək edə biləcəkmi?
- Oğulu əsgər və vətəndaş kimi dəyərləndirin.
- Ana, komandir və oğulun ümumi cəhətlərini tapın.
- “Nişan üzüyü” mətnindəki əsas fikri tapın.
- “Ana əsl Azərbaycan vətəndaşıdır” mövzusunda dialoq qurun. Bir neçə ifadəsi verilmiş
cümlələri tamamlamaqla dialoqu genişləndirin.