(ixtisarla)
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni - bir Vətənin övladıyıq biz.
Anamız eynidir, qardaşıq, demək,
Mən sənə arxayam, sən mənə kömək.
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni - iki canda bir ürəyik biz.
Gücsüzük, bir heçik sən də, mən də tək,
Vətənə güvənib olduq Vətəndaş.
Mənim ürəyimi qanatsın gərək,
Sənin dırnağına dəyən çırtma daş.
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni - bir qaynaqdan su içmişik biz.
O su qəlbimizdə coşdu, qaynadı,
Eyni bir ad ilə tanıtdı bizi.
Vətənin ünvanı, Vətənin adı
Bizə xatırlatdı vəzifəmizi!
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Vətən əbədidir, gedəriyik biz.
İnsan qüvvətlidir öz vətənində.
Bilirik, dünyaya biz niyə gəldik.
O bizi yaradan, biz ona bəndə,
Yaradan uğrunda ölməyə gəldik.
B.Vahabzade
4. Sxem əsasında danışın.
Şair insanı nə üçün öz vətənində qüvvətli hesab edir?
Araşdırma