5 Nişan üzüyü (ixtisarla)
"Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir."
1. Mətni oxuyarkən mötərizədəki sözlərdən uyğun olanı seçin.
Əminə xalanın gözləri yol çəkirdi. Dünəndən oğlundan gələn məktubu (neçə, çox) nəfərə oxutmuşdu.
“...Ana! Dünən çox vuruşduq. Düşmənin sayı bizdən beş dəfə çox olardı. Onların pulemyotları yağış kimi güllə yağdırırdı. Mən komandirimizin sol tərəfində durmuşdum. O, (sərt, bərk) yaralandığına baxmayaraq, bizə ürək-dirək verirdi. Mənə də tez-tez: “Qorxma, Salman, - deyirdi, - gözlə, lap yaxına gələndə atarsan”. Mən əlimdəki qumbaranı hazır tutub düşmənin daha da (yaxınlaşmasını, gəlməsini) gözləyirdim. Onlar sürünə-sürünə qabaqkı dikdirə çıxdılar.
Mən, az qala, nəfəs almayıb komandirin əmrini gözləyirdim. Komandir əli ilə “Səbir et!” işarəsini verdi. O, gözlərini düşmən gələn tərəfdən çəkmirdi.