4 Ataya məktub (ixtisarla)
Salam, ata! Artıq uzun illərdir ki, səni görmürəm. Sənin üçün çox darıxmışam. İndi buraya qış gəlib, soyuqdur. Amma məni qışın şaxtasından da çox sənsizlik üşüdür. Bu illər ərzində sənsiz yaşamaq, bu acı həsrətin yükünü çəkmək mənə bir (dərd, kədər) olub. Başa düşürəm, bu məktubu oxumaq sənin üçün çox ağırdır.
Atacan, bilirsən, bizi bir-birimizdən ayırdıqdan sonra məni yad dilində danışmağa məcbur edirlər. Ətrafımdakılar mənə bu dilin doğma dilim olmasını və onun mənim genlərimdə olduğunu iddia edirlər. Lakin mən onlarla razılaşmıram və nə qədər çətin olsa da, hələ susuram. Bu sükut çox ağrılı olsa da, hər şeyə dözürəm. Bircə mənim bu (halımı, vəziyyətimi) görəydin...
Vaxt var idi, deyirdin ki, sən mənim ən gözəl, ən sevimli, ən istedadlı balamsan. İndi o vaxtlar gözlərimdə (xəyal, təxəyyül) kimi canlanır. Səninlə birgə olduğum vaxtlar üçün çox darıxıram. Səndən ayrıldıqdan sonra hər gecə sənli yuxular görürəm. Bu yuxularımda səninlə bərabər dərdləşir, doğma ana dilimizdə danışırıq.